Reklam |
Ən Yenilər
ağıllı o qədər də çox deyil
Pifaqor Teoremi Hacı dayının 06-sı Massaj Lezgi toyda zoo xana gulmeli sekil ofisant samalyot BORC MƏKTUBU Populyarlar
gulmeli sekil
Nolu Göstərir Lezgi toyda Massaj Bu Da Dədəmə Qalsın Gəl Ortalayaq Ayının Armud Payı Hər gün kəsilən xoruz Güzgü məsələsi Üç dost |
İclasda məsələ qaldırıllar ki, torpağı bərəkətə gətirməhdən ötrü peyin lazımdı. Özü də ən keyfiyyətdisi - quş peyini. Hayındı habı quşun peyini bir damcı gəlir, bir o qədərini hardan tapsınnar?
Hacı dayı diyir: -Ürəyozu yiyif-eləməyin. Mən taparam. Bütün kənddərə xəbər yayılır ki, bəs, Hacı dayıya toyuq peyini lazımdı. Bir yük maşınına bir kisə qızıl verib alacitdi. Çoxlu toyuq-cücəsi olan bir kişi bir il əlləşif-vuruşur, bir «qurzovoy»u sıppısıx dolduruf sürür şəhərə. Hacı dayının üstünə yüyürüf deyillər ki, ay kişi, ödümüz ağzımıza gəlitdi, get zibilo bir töür elə. Hacı dayı xəbər yollayır ki, maşını sürsün idarənin qabağına. Yayın istisində iy-qoxdan baş çatdada-çatdada kişi «qurzovoyu» aparır düz «Selpo»nun həyətinə. Aləm yığılır maşının başına ki, bu saat bir kətçi bir kisə qızıl qazanacax. Hacı dayı gəlif bir maşına baxır, bir kişiyə baxır, sora da dönüf adamnara baxır. Diyir: -Ə Kazım, habra bi dənə nərdivan gəti. Nərdivanı gətirirlər. Hacı dayı əlinə bir çubuq götürüf ərinmədən nərdivanna «qurzovoy»un üstünə çıxır. Bir peyinin orasını qurdalayır, bir burasını qurdalayır. Sonra çubuğun ucuna bir qara peyin götürüf başını buluya-buluya deyir: -Ə, saa demiyiflər ki, maa ancaq toyux peyini lazımdı, habırda xoruzunçunu da tafdım. Allah saa ağıl vemiyitdi, qatışdırmısan. Göndərən : Xaliq |