Reklam |
Ən Yenilər
ağıllı o qədər də çox deyil
Pifaqor Teoremi Hacı dayının 06-sı Massaj Lezgi toyda zoo xana gulmeli sekil ofisant samalyot BORC MƏKTUBU Populyarlar
gulmeli sekil
Nolu Göstərir Lezgi toyda Massaj Bu Da Dədəmə Qalsın Gəl Ortalayaq Ayının Armud Payı Hər gün kəsilən xoruz Güzgü məsələsi Üç dost |
Molla Nəsrəddin məktəbdə dərs verirmiş. Bir gün şagirdlərindən biri ona bir qab paxlava gətirir. Molla başqa bir yerə getməli olur. Paxlavanı taxçaya qoyub deyir:
- Uşaqlar, buna toxunmazsınız. Bunu mənə göndərən adamın mənlə ədavəti var, içinə zəhər qatmış olar, yeyib zəhərlənərsiniz. Molla tapşırığını verib gedir. Məktəbin xəlifəsi mollanıi qardaşı oğlu imiş. O bilir ki, molla uşaqları aldadıb, paxlavanı yeməsinlər. Molla gedən kimi xəlifə taxçadan qabı çıxardır, paxlavanı yeməyə başlayır. Uşaqları yeməyə də'vət edir. Uşaqlar yeməkdən boyun qaçırıb deyirlər: - Paxlava zəhərlidir, biz yemirik, yesək ölərik. Xəlifə deyir: - Molla bizi aldadır, gəlin yeyin. Uşaqlar deyirlər: - Bəs biz mollaya nə cavab verək? Xəlifə deyir: - Siz gəlin yeyin, mollaya cavabı özum verərəm. Uşaqlar paxlavanı tamam yeyib qurtarırlar. Xəlifə mollanın qələmini sındırıb qutunun üstünə qoyur. Molla gəlir, qələmini sınmış görub uşaqlardan acıqlı soruşur: - Bunu kim sındırdı? Xəlifə ağlaya-ağlaya deyir: - Yazanda sındı. Əmimin üzünə necə baxacağam?! - deyib özümü öldürmək istədim. Paxlava qabını taxçadan götürdüm, gözümü yumdum, yeməyə başladım. Hamısını yedim. Bədbəxtlikdən ölmədim. Molla dilxor olur, sonra xəlifəyə deyir: - Mən sənə bir söz demirəm. Hiyləgərlik bizim nəslə vergi verilib. Göndərən : Qarabala |