Reklam |
Ən Yenilər
ağıllı o qədər də çox deyil
Pifaqor Teoremi Hacı dayının 06-sı Massaj Lezgi toyda zoo xana gulmeli sekil ofisant samalyot BORC MƏKTUBU Populyarlar
gulmeli sekil
Nolu Göstərir Lezgi toyda Massaj Bu Da Dədəmə Qalsın Gəl Ortalayaq Ayının Armud Payı Hər gün kəsilən xoruz Güzgü məsələsi Üç dost |
Bir gün mollanın qonşuluğunda toy varmış. Çalıb oxuyur, yeyib-içirmişlər. Bu zaman mollanın arvadının qışqıra-qışqıra qaçdığını görürlər:
- Ay aman, kömək eləyin, molla məni öldürdü! Molla da əlində bir yekə ağac arvadını qovur: - Daha bəsdi. Lap boğaza gəlmişəm, otuz ilin acığını səndən alacağam. Qonşuda olan toy adamları tökülüb arvadı həyətdə gizlədirlər, mollanı da evə aparıb məzəmmət eləyirlər. Ev sahibi gəlib deyir: - Bu lap yaxşı iş oldu. Biz mollanı toya çağırmamışıq, gərək bizi bağışlasın. Öz ayağı ilə gəldiyi uçün ondan razıyıq. Ortaya yemək-içmək gəlir, paxlava da qoyulur. Molla bir yandan məzəli-məzəli danışıb məclisi şənləndirir, adamları güldürür, bir yandan da paxlavaları içəri ötürür. Bir qədərdən sonra molla deyir: - Bizim arvadın baxtı var. Əgər buraya gəlməsəydi, qulağından tutub divara mıxlamışdım. Danışa-danışa paxlavaları da öz tərəfinə çəkir. Yeyib doyandan sonra sözün duzünu deyir: - Bizim qonşu toy eləyib bizi çağırmadı. Arvad ilə fikirləşdik, axırda bu oyunu düzəltdik. Mən avradımdan çox razıyam. Onu da çağırın. Göndərən : Qarabala |