Reklam |
Ən Yenilər
ağıllı o qədər də çox deyil
Pifaqor Teoremi Hacı dayının 06-sı Massaj Lezgi toyda zoo xana gulmeli sekil ofisant samalyot BORC MƏKTUBU Populyarlar
gulmeli sekil
Nolu Göstərir Lezgi toyda Massaj Bu Da Dədəmə Qalsın Gəl Ortalayaq Ayının Armud Payı Hər gün kəsilən xoruz Güzgü məsələsi Üç dost |
Bir gün mollaya sәkkiz nәfәr tanışı öz eşşәklәrini tapşırır. Molla eşşәklәri qabağına qatıb, öz eşşәyini dә minәrәk dәyirmana gedir. Yolda bir meşәdәn keçәndә şübһәlәnib eşşәklәri sayır. Görür ki, sәkkizdi. Tez eşşәkdәn düşüb әtrafa göz gәzdirir, görsün biri neçә olubdu? Bir şey tapmayıb qayıdır yenә eşşәklәri sayır, görür ki, doqquzdu. Arxayın olur. Eşşәyә minib yoluna davam edir. Bir qәdәr gedәndәn sonra yenә eşşәklәri sayır, görür ki, sәkkizdi. Yenә eşşәkdәn düşüb ora-buranı axtarır, һeç şey tapmır, bir dә sayır, baxır ki, doqquzdu. Eşşәyini minib yola düşür. Bir qәdәrdәn sonra dayana bilmәyib yenә sayır. Görür ki, sәkkizdi. Molla eşşәkdәn düşüb, bir ağacın dibindә oturub fikrә gedir. Yoldan keçәn bir adam ondan soruşur:
-Molla, niyә pәjmürdәsәn? Molla әһvalatı ona söylәyib deyir: -Eşşәyi minib sayıram, sәkkiz olur, düşüb sayıram doqquz olur. Gör mәnim başıma nә iş gәlir? Yolçu bәrkdәn gülüb deyir: -Bәs mindiyin? Molla deyir: -Mәn mindiyimi saymıram. Göndərən : Qarabala |